Sümük iliyi köçürməsi tibbi sığorta ilə mümkün olacaq
Prezident İlham Əliyev ölkədə sümük iliyi transplantasiyası həyata keçirən tibb müəssisələrinin sayının artırılması ilə bağlı tapşırıq verib.
Az24.az xəbər verir ki, bunu Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya-Sümük İliyi Transplantasiyası Mərkəzinin açılışı ilə bağlı brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bildirib.
Onun sözlərinə görə, İcbari Tibbi Sığorta Agentliyi ilə müqavilə imzalayan müəssisələrdə bu tip əməliyyatlar icra olunacaq.
“Bir müddət əvvəl xəstələr müalicə üçün xaricə üz tutmalı olurdu və geri qayıtdıqdan sonra həkimlə əlaqə saxlamaq zərurəti yaranarsa, yenidən səfər etməyə məcbur qalırdılar ki, bu da ciddi çətinlik yaradırdı. Yeni mərkəzin yaradılması nəticəsində artıq xəstələrin xaricə getməsinə ehtiyac qalmayacaq”.
Reklam
Oxşar xəbərlər
Bu xəstələr üçün yeni aptek yaradıldı – FOTO
Sabah bu ərazidə qaz olmayacaq
Manafdan Rəqsanəyə CAVAB: “Həmin insana ar olsun”
Bu ərazilərdə saat 10:00-dan işıq kəsiləcək
Yanvar ayının pensiyaları bu tarixdə veriləcək
Bu ailələrə 600 manat veriləcək
Bu ərazilərdə qaz kəsiləcək