Sumqayıtda zavodda partlayış: Yaralı var

Sumqayıtda zavodda partlayış: Yaralı var

Hadisə 09.01.2026 09:20 34

Sumqayıt şəhərində zavodda partlayış baş verib.

Az24.az “Report”a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində yerləşən zavodların birində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1994-cü il təvəllüdlü Elməddin Səxavət oğlu Qurbanov operator işlədiyi zavodda borunun partlaması nəticəsində termiki yanıq xəsarətləri alıb.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Reklam