Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı

Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı

Hadisə 18.12.2025 11:20 12

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb.

Bu barədə AZ24.az-a DİN-dən məlumat verilib.

Məlumatda bildirilir ki, əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7000 pulunu ələ keçirib.

Polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb.

Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.Quliyeva və V.Rzayev də müəyyən olunaraq saxlanılıblar.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.

Reklam