Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev

Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev

Dünya 25.11.2025 20:51 8

ABŞ administrasiyası Ukrayna münaqişəsi ilə bağlı aparılan danışıqlara dair yeni açıqlama yayıb. Ağ Ev bildirib ki, sülh razılaşmasının əsas konturları üzrə irəliləyiş əldə edilib, lakin hələ də üzərində işlənməsi lazım olan “həssas məqamlar” qalır.

AZ24.az xəbər verir ki, məlumata görə, keçirilən görüşlər konstruktiv atmosferdə baş tutub və tərəflər bir sıra vacib məsələlərdə qarşılıqlı anlayışa nail olublar. Ağ Ev nümayəndələri danışıqların “hörmət və dəqiqlik” prinsipləri əsasında aparıldığını vurğulayıb.

Açıqlamada qeyd olunur ki, proses tam yekunlaşmasa da, əldə olunan nəticələr sülh çərçivəsinin formalaşmasına imkan yaradıb. ABŞ tərəfi həll edilməmiş mövzuların mürəkkəb olduğunu, lakin “keçilməz hesab edilmədiyini” bildirib.

Ağ Ev danışıqların növbəti mərhələsinin yaxın günlərdə davam etdiriləcəyini, tərəflərin mövqelərinin daha da yaxınlaşmasının gözlənildiyini açıqlayıb.

Reklam