Sülh Kiyev və Brüsseldən aslıdır – Putin
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqlarına hazır olduqlarını bildirib və sülh üçün məsuliyyətin artıq Kiyev və Brüssel tərəfinin üzərində olduğunu deyib.
AZ24.az xəbər verir ki, Putin bu açıqlamaları Moskvada keçirilən ənənəvi ilin sonu mətbuat konfransında verib.
O, jurnalistlərin suallarını cavablandırarkən Moskvanın dialoqa açıq olduğunu, ABŞ Prezidenti Donald Trampın müharibəni bitirmək üçün ciddi səylər göstərdiyini qeyd edib.
Putin münaqişəni dinc yollarla sona çatdırmağa hazır olduqlarını, lakin bunun əvvəlcədən elan olunmuş prinsiplər və böhranın əsas səbəbləri nəzərə alınmaqla baş tutmalı olduğunu bildirib. O, Ukraynada mümkün seçkilər zamanı təhlükəsizliyə zəmanət verməyi də istisna etməyib.
NATO ilə bağlı açıqlamasında isə Putin, Rusiyanın Avropaya hücum edəcəyi iddialarını əsassız adlandırıb və Avropanın dondurulmuş Rusiya aktivlərindən istifadə cəhdlərinin qlobal maliyyə etimadına zərər vuracağını bildirib.
Reklam
Oxşar xəbərlər
Napoleona məxsus üzük oğurlandı
“Fənərbağça”nın prezidentinin evində axtarış aparıldı
Putinin mətbuat konfransında arxasındakı xəritə DİQQƏT ÇƏKDİ – FOTO
Türkiyədə zəlzələ baş verdi
Ukraynadan şok hücum: Aralıq dənizində Rusiyanın “kölgə donanması”na aid tankeri vurdu – VİDEO
Pezeşkianın istefası ilə bağlı AÇIQLAMA
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü
Türkiyəli məşhur müğənni Fatih Ürek komaya düşdü