SSRİ-ni arzulayırsa, getsinlər Rusiyada yaşasınlar – Aqil Abbasdan SƏRT REAKSİYA
“Əgər kimlərsə SSRİ-ni arzulayırsa, getsinlər Rusiyada yaşasınlar, onsuz da orada sovet hökumətidir”.
Az24.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas deyib.
O bildirib ki, Azərbaycanda yürüş və ya “bayram” xarakterli tədbirlərdə sovet simvollarından istifadə qəbuledilməzdir.
“İncəsənəti, mədəniyyəti qadağan etmək olmaz, məsələn sovet filmlərinə mən özüm də baxıram. Düzdür, SSRİ dövründə çəkilən ekran əsərlərində göstərilən bəzi nüanslardan narazılığım var, amma tamamilə qadağan etmək olmaz.
Amma SSRİ bayrağı qaldırmaq, sovet simvolları ilə yürüş qeyd etmək, “bayramlar” keçirmək düzgün deyil. Sovet hökumətinin bayrağını qaldırırlar, belə şey olar?! Olmaz.
Nə olsun ki, sovet rəmzlərindən istifadə qanunla qadağan deyil, insanın mənəviyyatı, əxlaqı, dünyagörüşü var. Bu heç yaxşı hal deyildi, gərək olmayaydı”.
Aqil Abbas sovet simvollarının qanunla qadağan edilməsinin Milli Məclisdə müzakirə olunacağına inanmadığını da söyləyib:
“O ki, qaldı sovet simvollarından istifadənin qanunla qadağan edilməsinə, bunu real saymıram. Belə bir şeyin parlamentdə müzakirə olunacağını da gözləmirəm”.
Qeyd edək ki, Bakıda kommunist ideologiyasının təbliği məqsədilə SSRİ bayraqları ilə aksiya keçirən şəxslər saxlanılıb. Aksiya təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli barəsində Nizami Rayon Məhkəməsi 3 aylıq həbs qətimkan tədbiri seçib. Onlar Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə – ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etməkdə ittiham olunurlar.
Reklam
Oxşar xəbərlər
Prezidentin BƏƏ-yə səfəri başa çatdı
Prezident İlham Əliyev Ərdoğana məktub ünvanlayıb
“Azərbaycan Tayvanın müstəqilliyini tanımır” – Ceyhun Bayramov
Baş Nazirdən yeni QƏRAR
“Epşteyn işi”ndə adı hallanan Elmar Məmmədyarovdan AÇIQLAMA
Bakı oyuna girir: İran gərginliyində KRİTİK ZƏNG
İrana hücum hazırlığı bitdi: Bir azdan “sükut” pozulacaq
Prezident bu icra başçısını işdən çıxardı – FOTO