Soyuq havalarda immuniteti belə gücləndirin
Payız və qış aylarında düzgün qidalanmanın önəmini vurğulayan mütəxəssislər güclü immunitet üçün vacib tövsiyələr verib.
Az24.az xəbər verir ki, soyuq havalarla birlikdə bədənin istiliyinin azaldığını, immunitet hüceyrələrinin fəaliyyətinin zəiflədiyini və xəstəliklərə qarşı müdafiə mexanizminin daha zəif hala gəldiyini bildirən mütəxəssislər bu dövrdə immuniteti gücləndirmək üçün aşağıdakı məsləhətləri verib:
Portağal və ya mandarin kimi meyvələr mütləq istehlak edilməlidir. Protein mənbələri müxtəlifləşdirilməlidir. Protein həm bitki, həm də heyvan mənşəli qidalarla təmin olunmalıdır. Fermentləşdirilmiş qidalar, gündə 6–8 stəkan su qəbulu, eləcə də müntəzəm yuxu və aktivlik bu dövrdə immunitetin qorunmasında böyük rol oynayır.
C vitamini deyiləndə insanların əsasən portağal, mandarin və limonla yanaşı qırmızı bibər və kivi də immunitet üçün çox faydalıdır. Günorta yeməklərində zeytun yağlı brokkoli, axşam isə müxtəlif tərəvəzlər və zəncəfil, zerdeçal kimi iltihabəleyhinə qidalar immun sistemi gücləndirir.
Evdə hazırlanmış turşu və yoqurt kimi fermentləşdirilmiş qidalar immuniteti gücləndirən ən önəmli qidalar arasındadır. Həmçinin gündə 6–8 stəkan su içmək, selikli qişaların nəmliliyini qorumaq və immun sisteminin güclü qalması üçün çox vacibdir.
Qidalanmadan əlavə, düzgün yuxu rejimi və fiziki aktivlik də immuniteti möhkəmləndirir. Sadəcə bir gecə yuxusuz qalmaq belə immunitetə zərər verə bilər. Əvvəlcə qidalanmamıza, sonra isə həyat tərzimizə diqqət yetirməliyik.
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ