Soyuq havada bir qəpik xərcləmədən evinizi belə isidin
Havalarnın soyuması ilə bir çox evdə əsas sual budur: kombi və radiatoru necə daha tez isidək və qaz sərfiyyatını necə azaldaq?
Az24.az xəbər verir ki, aşağıdakı üsullar həm isitməni sürətləndirir, həm də aylıq ödənişi xeyli aşağı sala bilər:
Radiatorların havasını alın
Radiatorun içində hava qalanda su dövriyyəsi zəifləyir və otaq gec isinər. 10–15 saniyəyə xüsusi açarla havanı çıxarmaq kifayətdir. Bu, isinməni 30%-ə qədər sürətləndirə bilər.
Radiatorun arxasına istilik əks etdirici folqa qoyun
Divar vasitəsilə istiliyin bir hissəsi çölə gedir. Folqa istiliyi geri otağa qaytarır. Təxminən 10% daha az qaz sərf olunur.
Kombinin temperaturunu “orta rejimə” gətirin
Kombi 50–60°C aralığında olanda həm daha stabil, həm daha qənaətcil işləyir. Çox yüksək temperatur qaz sərfiyyatını artırır, aşağı temperatur isə evi gec isidir.
Radiatorları mebellə bağlamayın
Radiatorun qarşısında divan, pərdə, stol olanda hava dövriyyəsi zəifləyir. Mebel ən azı 20–30 sm aralıda olsun.
Kombinin təzyiqi düzgün olsun
Təzyiq 1–1.5 bar olmalıdır. Çox aşağı və ya çox yüksək təzyiq həm qaz sərfini artırır, həm də kombini tez sıradan çıxara bilər.
Pəncərə və qapı izolyasiyasını gücləndirin
Soyuq hava otağa daxil olduqda kombi daha çox işləyir. Silikon lent, altlıq və ya izolyasiya yapışqanları ilə xeyli qənaət etmək mümkündür.
Otaqları boş yerə isitməkdən çəkinin
İstifadə olunmayan otaqların radiatorunu bağlamaq kombinin yükünü azaldır. Gecələr temperaturu bir az aşağı salın
Yatarkən kombini tam söndürmək olmaz, amma 2-3 dərəcə aşağı salmaq qaz sərfini xeyli azaldır.
Reklam
Oxşar xəbərlər
Dünyanın ən yaxşı 100 yeməyi AÇIQLANDI – SİYAHI
Evdə yemək bişirənlər daha uzun yaşayır – ARAŞDIRMA
Ev şəraitində paltaryuyan maşını BELƏ TƏMİZLƏYİN
27 illik inanılmaz səyahət: Dünyanı piyada gəzən adam evinə qayıdır
Təmiz və parlaq şüşələr üçün ƏN EFFEKTLİ ÜSULLAR
Yeni başlayan münasibətlərdə ən çox edilən 10 SƏHV
Qlobal istiləşməyə qarşı qorxulu addım: Günəşi söndürmək istəyirlər