Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq

Sosial şəbəkələrdə bunu edənlər cəzalandırılacaq

Cəmiyyət 17.01.2026 21:03 14

Azərbaycanda ictimai və onlayn davranışlarla bağlı qaydalar sərtləşdirilib.

AZ24.az xəbər verir ki, Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanununa dəyişiklikləri təsdiqəyib.

Yeni qaydalara görə, kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən və ya cəmiyyətə açıq hörmətsizlik kimi qiymətləndirilən əməllər qadağan olunur. Sosial şəbəkələrdən söyüş, əxlaqsız məzmun, jest və simvollardan istifadə, eləcə də milli-mənəvi dəyərlərə zidd məlumatların yayılması da qanunla qadağandır. Qadağalar qəbul olunmuş etik və mədəni normalara uyğun olmayan şəkildə bədən hissələrinin nümayiş etdirilməsini də əhatə edir.

Reklam