Sosial media gənclər üçün zərərlidir – ARAŞDIRMA
ABŞ məhkəmə sənədləri göstərir ki, Meta 2020-ci ildə “Project Mercury” adlı daxili araşdırmada Facebook və Instagram istifadəçilərinin psixoloji sağlamlığına mənfi təsir göstərdiyini aşkarlayıb, amma nəticələri ictimaiyyətə açıqlamayıb.
Az24.az xəbər verir ki, sənədlərə görə, tədqiqat zamanı hesab olunub ki, bir həftə sosial mediadan imtina edən insanların depresiya, narahatlıq, təklik və sosial müqayisə hissləri azalır.
Lakin nəticələr şirkət rəhbərliyini narahat etdiyi üçün araşdırmanı dayandıraraq əldə olunan mənfi məlumatların artıq mediada mövcud olan tənqidi yanaşmadan təsirləndiyini əsas gətirərək onları gizlədib.
Məhkəmə iddiasında çıxış edənlər bildirirlər ki, Meta uzun müddət gənc istifadəçilərin rifahına zərər verən riskləri ailələrdən və Konqresdən gizlədib.
“Meta”nın rəsmi cavabında isə deyilir ki, tədqiqat “metodoloji çatışmazlıqlar” səbəbindən dayandırılıb, şirkət isə platformaların təhlükəsizliyini artırmaq üçün çalışdığını bildirib
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir