“Socar”ın əməkdaşı həbs olundu
Bakıda 1985-ci il təvəllüdlü “Socar Petrol”un mühafizəçisi Mahir Məmmədov (soyad şərtidir) “Maksim” taksi xidmətinin sürücüsü Namiq Mürsəlovu döyüb.
Az24.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Türkan qəsəbəsində baş verib.
Belə ki, Mahir dayısı Sabir Gülməmmədovla birgə Xırdalandan Türkan qəsəbəsinə getmək üçün taksi sifariş edib. Ünvana çatanda isə müştərilər 15 manat olan gediş haqqını ödəməkdən boyun qaçırıb.
Sürücüyə “iki dəqiqəyə gəlirik” deyən müştərilərin gəlmədiyini görən Namiq Mürsəlov onları uca səslə çağırmağa başlayıb. Bu zaman çölə əvvəlcə dayı, daha sonra isə bacıoğlu çıxıb. Dayısının taksi sürücüsü ilə mübahisə etdiyini görən Mahir Məmmədov Namiq Mürsəlova bel nahiyəsindən zərbə endirib.
Bundan sonra sürücü DİN-in 102 xidmətinə zəng edib. Mahir Məmmədov məhkəmə qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Reklam
Oxşar xəbərlər
Ramil Saatov faciəli şəkildə vəfat etdi – FOTO
Bakıda 19 yaşlı gənc öldü – FOTO
İtkin düşmüş balıqçılardan digərinin meyiti İranda tapıldı
Beyləqanda kanalizasiyaya düşərək ölən azyaşlının FOTOsu
Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir – Arayik Harutyunyan
Beyləqanda 2 yaşlı uşaq kanalizasiya quyusuna düşərək ölüb
Astarada itkin düşən balıqçılardan birinin meyiti tapılıb
Sumqayıtda baş verən yanğın söndürüldü – VİDEO – YENİLƏNİB