SOCAR işçilərinin maaşı artırıldı
SOCAR-ın prezidenti Rövşən Nəcəfovun 7 noyabr 2025-ci il tarixindəki əmrinə əsasən SOCAR-da çalışan işçilərin maaşı artırılıb.
AZ24.az-ın Referans.az-a istinadən məlumatına görə, sözügedən əmrdə qeyd olunub ki, SOCAR-da son illərdə əməyin ödənilməsi sisteminin təkmilləşdirilməsi və işçilərin rifah halının yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb.
Bu ənənənin davam etdirilməsi məqsədi ilə SOCAR və Azərbaycan Neft va Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsi (ANQSIHIRK) birgə qarara alırlar:
1. 01 yanvar 2026-ci il tarixdən SOCAR-da çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları 30% artırılsın.
2. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində çalışan işçilərin əməyinin ödənilməsi haqqında Əsasnaməyə, 1, 2, 3, 4, 6, 7, 7a. 7b, 8, 9, 10, 11, 12, 13, 14, 16, 18, 59A, 65-1 və 65-2 nömrəli Əlavələr yeni redaksiyada təsdiq edilsin.
3. Əmr-qərarın icrasına nəzarət Baş ofisin mühasibatlıq və vergi departamentlərinə həvalə edilsin.
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO