Şirkət satıldı, hər işçiyə 443 min dollar bonus verildi

Şirkət satıldı, hər işçiyə 443 min dollar bonus verildi

Dünya 26.12.2025 12:15 44

ABŞ-da şirkət satışı işçilərə milyonluq bonus gətirdi.

AZ24.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatında fəaliyyət göstərən “Fibrebond” şirkətinin 1,7 milyard dollara satılması işçilərə böyük qazanc təmin edib.

Şirkət sahibi Qraham Volker satış müqaviləsinə satış gəlirinin 15%-i işçilərə paylanacaq şərtini daxil edib. Nəticədə 540 işçiyə orta hesabla 443 min dollar məbləğində bonus verilib.

Bonusların ən az beş il şirkətdə qalmaq şərti ilə mərhələli şəkildə ödənəcək, uzun müddət çalışan işçilər isə daha yüksək bonus alacaq.

Reklam