az24.az saytı 06.02.2026-ci il tarixindən etibarən, fəaliyyətini müvəqqəti olaraq dayandırmışdır.
Siqaret psixoloji sağlamlıq üçün ciddi risk yaradır – ARAŞDIRMA

Siqaret psixoloji sağlamlıq üçün ciddi risk yaradır – ARAŞDIRMA

Sağlamlıq 04.02.2026 18:43 16

Siqaretin insan sağlamlığına təsiri uzun illərdir əsasən fiziki xəstəliklər kontekstində müzakirə olunur. Lakin son elmi araşdırmalar göstərir ki, tütün məmulatlarından istifadə yalnız ürək-damar, ağciyər və onkoloji xəstəliklərlə məhdudlaşmır, eyni zamanda psixoloji sağlamlıq üçün də ciddi risklər yaradır.

Alimlərin apardığı yeni tədqiqatlar siqaret çəkmə ilə psixi sarsıntılar arasında mühüm əlaqənin mövcud olduğunu ortaya qoyur. Araşdırmalara görə, tütün asılılığı emosional sabitliyi poza, psixoloji gərginliyi artıra bilər, hətta intihara gətirib çıxara biləcək psixi sarsıntılara yol açır.

Mütəxəssislər bu əlaqəni bir neçə amillə izah edirlər. Tütün məhsullarında olan nikotin sinir sisteminə birbaşa təsir göstərir, beyində kimyəvi balansı dəyişir və uzunmüddətli istifadədə emosional pozuntuların dərinləşməsinə səbəb ola bilər. Bundan əlavə, siqaret asılılığı olan şəxslərdə stress, narahatlıq və psixoloji gərginlik hallarının daha tez-tez müşahidə edildiyi qeyd olunur.

Dəniz

Reklam