Şəxsiyyət vəsiqələrindəki qan qrupuları səhv yazılıb – XƏBƏRDARLIQ
Bəzi şəxslər öz şəxsiyyət vəsiqələrində qeyd olunan qan qruplarının düzgün olmadığını bildirib.
Az24.az xəbər verir ki, Milli.Az-ın məlumatına görə, bununla bağlı sosial şəbəkərlərdə müzakirələr aparılıb.
Vətəndaşlar qeyd edib ki, uzun illər rəsmi sənədlərdə göstərilən qan qruplarının səhv olduğu yalnız tibbi analizlər zamanı üzə çıxıb.
Paylaşımlarda o da iddia olunub ki, köhnə nəsil şəxsiyyət vəsiqələrinin əksəriyyətində qan qrupu heç bir laborator yoxlama aparılmadan qeyd edilib. Bir çox şəxs əməliyyat, hamiləlik və ya digər tibbi səbəblərlə analiz verərkən sənəddə yazılan qan qrupu ilə real nəticənin fərqli olduğunu öyrəndiklərini yazır.
Vətəndaş bildirib ki, yaxın vaxtlarda analiz zamanı şəxsiyyət vəsiqəsində göstərilən qan qrupunun yanlış olduğu müəyyənləşib. O, bu halın ciddi risklər yaratdığını, hansısa hadisə baş verdikdə səhv qan köçürülməsinin insan həyatı üçün təhlükə yarada biləcəyini vurğulayıb.
Oxşar hallar yeni doğulan uşaqlarla bağlı da qeydə alınıb. Valideynlər bildirirlər ki, müxtəlif tibb müəssisələrində aparılan analizlərdə uşaqların qan qrupları fərqli göstərilib. Bəzi hallarda ailələr dəqiq nəticə əldə etmək üçün bir neçə klinikada təkrar analiz verməyə məcbur qalıblar.

Reklam
Oxşar xəbərlər
Bu şəxslər metroda əlavə pul ödəyəcəklər
Avtomobildə boğularaq ölən əmi və qardaşı oğlunun FOTOSU
Məşhur azərbaycanlı milyarderinin dövlətə külli miqdarda borcu var
Baş nazir bu tibb işçiləri ilə bağlı QƏRAR imzaladı
İstəyirsiz Bethoven çaldırın, ölüyə faydası yoxdur – Elşad Miri
Hacıbala Abutalıbov bu kəndə köçüb
Bakıdan Qəbələyə hər gün qatarla gedə biləcəksiniz