Sabirabadda qadınlar ər davasına çıxdı – Sevgilisinin arvadının iş yerinə geib…
Sabirabad rayonunda qadınlar arasında xoşagəlməz hadisə baş verib.
Az24.az xəbər verir ki, rayonun kəndlərindən birində 44 yaşlı qadın sevgi münasibətində yaşadığı kişinin həyat yoldaşının iş yerinə hücum edib.
Belə ki, təhsil müəssisələrinin birində katibə-makinaçı işləyən S.Həsənova (şərti) 6-7 ildir qeyri-rəsmi münasibətdə yaşadığı şəxsin arvadı T.Məmmədovanın (şərti) iş yerinə gedib. O, qadının onun arxasınca xoşagəlməz sözlər dediyini bildirərək qarşı tərəfi təhqir edib.
İctimai yerdə xuliqanlıq hərəkətləri etmiş qadın barəsində polis əməkdaşları tərəfindən inzibati protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib.
T. Məmmədova məhkəmədən onun həbs olunmasını tələb edib.
S. Həsənova isə əvvəllər ailəli olduğunu, T. Məmmədovanın əri ilə bir neçə ildir dini kəbin əsasında münasibət saxladığını və qarşı tərəf onu əsəbiləşdirdiyi üçün iş yerinə hücum etdiyini bildirib. Əvvəlki nikahından 2 övladının olduğunu bildirən qadın həbs edilməməsini xahiş edib.
Məhkəmənin qərarı ilə S. Həsənova 100 manat cərimə edilərək sərbəst buraxılıb. (qafqazinfo)
Reklam
Oxşar xəbərlər
Məktəblilər arasında “snus” təhlükəsi – Valideynlərin DİQQƏTİNƏ
Bu şadlıq evində müştərilərə camış əti verilirmiş – FOTO
Onlara Yeni ilə görə 1000 manat veriləcək
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
Məcburi köçkünlər üçün daha 15 bina tikiləcək – Bu şəhərdə
Sabiq nazirin dövlətə borcu 5 dəfə artdı
Nadir Hüseynovun ölümü ilə bağlı YENİ DETALLAR