Sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı açıqlandı
Ötən ilin 11 ayı ilə müqayisədə Azərbaycanda sərxoşluq səbəbindən baş verən yol-nəqliyyat hadisələrinin sayı 12 fakt azalaraq 7-yə düşüb.
Bu barədə Az24.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, ötən həftə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri arasında sərxoşluq amilinin yer alması bu təhlükənin hələ də aktual olduğunu göstərir:
“Görülən nəzarət-profilaktik tədbirlər nəticəsində sərxoşluq səbəbindən baş verən yol qəzalarının sayı ötən ilin 11 ayı ilə müqayisədə 12 fakt azalaraq 7-yə düşsə də, xüsusilə toy və digər şadlıq mərasimləri zamanı sərxoş halda sükan arxasına əyləşən sürücülərin olması bu təhlükənin tam aradan qalxmadığını göstərir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək, sərxoş halda nəqliyyat vasitəsi idarə etməyin ağır və geri dönüşü olmayan nəticələrə səbəb olduğunu xatırladır, baş verən hadisələrdən düzgün nəticə çıxarmağa, özlərinin və digər insanların həyat və sağlamlığına qarşı məsuliyyətli və diqqətli davranmağa çağırır.
Reklam
Oxşar xəbərlər
Faciəli şəkildə ölən tələbələrin FOTOları
Şuşa istiqamətində gedəcək sürücülərə XƏBƏRDARLIQ
Azərbaycanda özəl məktəblərin ƏLYANDIRAN QİYMƏTLƏRİ – SİYAHI
Baş nazir sığorta haqqının məbləği ilə bağlı QƏRAR İMZALADI
Baş nazir sərəncam imzaladı
Bu yolda yeni svetoforlar quraşdırılır – VİDEO
Bu məhsullar BAHALAŞDI – SİYAHI