Sərhədlərin açılmasına hazır olmalıyıq – Komitə sədri

Sərhədlərin açılmasına hazır olmalıyıq – Komitə sədri

Cəmiyyət 19.11.2025 20:33 101

8 avqust Vaşinqton Zirvəsi 90-cı illərin “Əsrin neft müqaviləsi” kimi yeni yüzilin tarixi anlaşmasıdır.

AZ24.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

O qeyd edib ki, razılaşmalar büdcəyə yalnız cari ehtiyaclar üçün deyil, həm də regionu açmaq və qlobal iqtisadi layihələr baxımından yeni yanaşmalar tələb edir:

“Müharibə riskinin aradan qalxması və sülh müqaviləsinin gələn il imzalanması perspektivi qarşıdakı 10 ildə ümumi regionda 2 milyondan çox iş yerinin açılmasına təkan verə bilər. Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına hazır olmalıyıq”. (modern.az)

Reklam