Serenay Sarıkaya tanınmış müğənninin istəyinə biganə qalmadı – FOTO

Serenay Sarıkaya tanınmış müğənninin istəyinə biganə qalmadı – FOTO

Şou 26.11.2025 14:47 1

Bir çox məşhur sima həyatları filmə çevrilsə, onları Serenay Sarıkayanın canlandırmasını arzuladıqlarını bildirmişdi. Zerrin Özer, Kibariye, Deniz Seki və mərhum müğənni Güllü keçmiş müsahibələrində “Məni Serenay canlandırsın” demişdilər.

Az24.az xəbər verir ki, Serenay Sarıkayaya bir çağırış da tanınmış müğənni, aktyor Mahmut Tuncerdən gəlib.

Tuncer ötən həftə qonaq olduğu bir proqramda belə deyib: “Həyatım bir gün film olsa, məni Serenay Sarıkaya oynasın. Onun aktyorluğu çox yaxşıdır, məni canlandıra bilər. Makiyaj-filan da edərlər yəni.”

Mahmut Tuncerin bu arzusu sosial şəbəkədə müzakirə mövzusuna çevrildikdən sonra, bir istifadəçi süni intellekt tətbiqi ilə Serenay Sarıkayanı türkücüyə bənzədən foto hazırlayıb.

Bu paylaşıma Serenay Sarıkaya da biganə qalmayıb. Aktrisa həmin fotoya belə rəy yazıb: “İnanılmaz. İnandım, məncə olar.”

Qeyd edək ki, Sarıkaya bu günə qədər çəkildiyi filmlərdə heç bir məşhur şəxsi canlandırmayıb.

Reklam