Səməd Həsənova yüksək vəzifə verildi
Səməd Həsənov Özbəkistan Respublikasında yerləşməklə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan) üzrə ticarət nümayəndəsi təyin edilib.
Az24.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsi Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında ticarət-iqtisadi əməkdaşlığın inkişafında, bu ölkələrdə “Made in Azerbaijan” brendinin və Azərbaycandakı investisiya mühitinin təşviqində, ölkəmizin qeyri-neft ixracının artırılmasında önəmli rol oynayacaq.
Qeyd edək ki, S. Həsənov 1990-cı ildə anadan olub. 2012-ci ildə ümumi iqtisadiyyat ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetini, 2018-ci ildə isə hüquqşünaslıq ixtisası üzrə Belarus Respublikasının Yanka Kupala adına Dövlət Universitetini bitirib.
O, 2015-ci ildə əmək fəaliyyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) baş layihə meneceri kimi başlayıb, müxtəlif vəzifələrdə işləyib. 10 avqust 2023-cü ildən AZPROMO-nun İnvestisiyaların təşviqi departamentinin direktoru vəzifəsində işləyib.
Reklam
Oxşar xəbərlər
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO