Səhnədə QORXULU ANLAR – Tanınmış aktrisanın başına qapı düşdü – FOTO

Səhnədə QORXULU ANLAR – Tanınmış aktrisanın başına qapı düşdü – FOTO

Hadisə 29.12.2025 16:13 9

Aktrisa Aslı Bekiroğlu “Sil Baştan” adlı teatr tamaşası üçün səhnədə olduğu vaxt taleysiz bir qəza yaşayıb.

Az24.az xəbər verir ki, məşhur aktrisanın başına dekorasiya üçün istifadə olunan qapı düşüb. Hadisə tamaşaçıların və səhnə yoldaşlarının narahatlığına səbəb olsa da, Bekiroğlu heç nə olmamış kimi rolunu oynamağa davam edib.

Tamaşadan sonra sosial şəbəkə hesabında paylaşım edən Bekiroğlu səhhəti ilə bağlı məlumat verib.

Sosial media hesabında paylaşım edən aktrisa hadisəni canlandıraraq izləyiciləri məlumatlandırıb. Sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verən Bekiroğlu “Yaxşıyam, yaxşı olacağam” deyib.

Əhvalının yaxşı olduğunu göstərən məşhur aktrisa buzla müalicə tətbiq edildikdən sonra MRT müayinəsindən keçmək üçün xəstəxanaya yollanıb.

Dəniz

Reklam