Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərə hökm oxundu
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə araşdırması başa çatıb.
Az24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən əcnəbilər qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirli biliniblər. Səudiyyə Ərəbistanı vətəndaşları – Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilir ki, onlar cəzalarını bitirən kimi ölkədən çıxarılmalıdırlar.
Xatırladaq ki, hadisə bir neçə ay əvvəl baş verib. Polisin keçirdiyi əməliyyatla onlar Səbail rayonunun Salyan şosesində yerləşən “Panarama” hoteldə tutulublar.
Məhkəmədə hər biri törətdikləri əmələ görə Azərbaycan xalqından üzr istəyiblər.
Reklam
Oxşar xəbərlər
Külək, yağış… – FAKTİKİ HAVA
Prezident: “Balaca Heydərin iki oğlu var” – VİDEO
Saxta “Yeni il” kampaniyaları ilə bağlı XƏBƏRDARLIQ
Bu yollarda tıxac var
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Mətanət Piriquliyeva 21 illik vəzifəsindən azad edildi
Nazir onu yeni prorektor təyin etdi