Şaxta olacaq, yollar buz bağlayacaq – PROQNOZ
Fevralın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
AZ24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.
Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Reklam
Oxşar xəbərlər
“Velizar” illər ərzində belə DƏYİŞDİ – VİDEO
Magistraturaya qəbul imtahanı bu tarixdə olacaq
“Epşteyn sənədləri”ndə 2 azərbaycanlının da adı var – Biri keçmiş nazir, biri deputatdır – FOTO
Yaxın günlərdə qar və çovğun olacaq? – Rəsmi
Bu ərazilərdə su kəsildi
Avtobus idarə edəcək qadın sürücülərin sayı ARTIRILIR
Bu məktəblərə yeni direktorlar təyin edildi