Salyanda məktəbdə 17 nəfər tüstüdən zəhərlənib

Salyanda məktəbdə 17 nəfər tüstüdən zəhərlənib

Hadisə 05.12.2025 16:25 27

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

***

Salyan rayonu Aşağı Noxudlu kənd tam orta məktəbində 17 nəfər tüstüdən zəhərlənib.

AZ24.az xəbər verir ki, bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, onların bir qisminə ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. (APA)

Reklam