Mais Bərxudarovun sürücüsü olmuş hərbçi qəzada həlak oldu – VİDEO – YENİLƏNİB
Salyanda ağır yol qəzası baş verib.
AZ24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Kür çayı üzərindən keçən hissəsində “Lada Priora” markalı avtomobil qəzaya uğrayıb. Nəticədə Neftçala rayon Xıllı kənd sakini 37 yaşlı Zeyqəm Kamil oğlu İbrahimov həlak olub.
Bildirilib ki, Z. İbrahimov hərbçi olub. O, Vətən müharibəsində iştirak edib və ağır yaralanıb.
Zeyqəm İbrahimov daha əvvəl sabiq korpus komandiri general-leytenant Mais Bərxudarovun sürücüsü kimi də xidmət edib.

***
Salyan şəhərinin girişində Kür çayının üzərində keçən köhnə körpüdə yol qəzası baş verib.
AZ24.az xəbər verir ki, “Priora” markalı avtomobil “PAZ” markalı avtomobillə toqquşub.
Nəticədə “Priora”nın sürücüsü, Neftçala rayonunun Xıllı kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zeyqəm Kamil oğlu hadisə yerində ölüb. Sürücünün avtomobildə sıxılmış meyiti FHN xilasediciləri tərəfindən xüsusi avadanlığın köməyi ilə çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
Reklam
Oxşar xəbərlər
Tanınmış həkim vəfat etdi – FOTO
Bakıda narkokuryer saxlanıldı – VİDEO
Əsgərin ölümü ilə bağlı RƏSMİ AÇIQLAMA
Ordumuzun əsgəri vəfat etdi – FOTO
Sumqayıtda “işə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanıldı