Sağlamlıq üçün hansı ət DAHA FAYDALIDIR?

Sağlamlıq üçün hansı ət DAHA FAYDALIDIR?

Sağlamlıq 15.01.2026 23:47 1

Baxmayaraq ki, ət həmişə sağlamlıq üçün ən vacib qidalardan biri hesab olunub, bir çox insanlar hələ də hansı ətin daha faydalı olduğunu və onu necə düzgün yemək lazım gəldiyini bilmirlər. Bəziləri insanın diş quruluşunu və bitki mənşəli zülalların bolluğunu əsas gətirərək ətin rasionda artıq olduğunu düşünür, digərləri isə onu bir növ “panaseya”ya çevirir və keyfiyyətinə, bişirilmə üsuluna diqqət etmədən həddindən artıq çox yeyirlər.

ABŞ-ın “Hackensack Meridian Health” özəl klinikalar şəbəkəsinin kardioloqu Kreyq Basman ürək sağlamlığını qorumaq üçün qırmızı ətin rasiona necə ağıllı şəkildə daxil edilməli olduğu barədə tövsiyələr verib.

Basmanın sözlərinə görə, bütün qırmızı ətlər eyni dərəcədə faydalı deyil və ürək-damar sisteminin vəziyyətindən narahat olan insanlar daha yağsız növlərə üstünlük verməlidirlər.

Bu baxımdan, hansı ət daha faydalıdır sualında əsas məsələ ətin növü deyil, onun hansı hissəsi olmasıdır – daha dəqiq desək, həmin hissədəki yağ qatlarının faizidir. Yağ nə qədər azdırsa, filesi bir o qədər qidalı və dəyərli olur.

Adətən mal əti daha yağsız hesab edilir.

Həkim izah edir ki, mal ətindən filesi (bel hissəsi) və arxa bud hissəsi seçmək məsləhətdir. Donuz ətində isə ən yağsız hissələr filesi və bel (koreyka, arxa) sayılır.

Əgər daha yağlı bir tikə əlinizə düşübsə, mütəxəssis sadəcə artıq yağı kəsməyi tövsiyə edir.

Donuz ətində sinir sistemi və immunitet üçün vacib olan B qrup vitaminləri (B1, B3, B6) və D vitamini daha çoxdur. Mal əti isə dəmir, B12 vitamini və sinklə zəngindir. Buna görə də seçim yenə heyvan növündən çox, sizin ehtiyaclarınızdan və bişirmə üsulundan asılıdır.

“Orta temperaturda, yavaş bişirmə üsulları daha məqsədəuyğundur”, – deyə Basman qeyd edir.

Sobada bişirmə, sobada qril rejimi, zəif odda bişirmə (tomlama) və buxarda hazırlama yaxşı variantlardır, çünki bu zaman artıq yağ bişmə prosesində axıb gedir.

Həkim əlavə edir ki, ətin çox yüksək temperaturda bişirilməsi sağlamlıq üçün ciddi risklər yarada bilər.

Onun sözlərinə görə, güclü odda qızartma və açıq alovda qril bişirmə zərərli maddələrin – qlikasiyanın son məhsullarının (AGEs) və heterosiklik aminlərin (HCAs) yaranmasına səbəb olur.

Araşdırmalar bu maddələri iltihabi proseslər, eləcə də ürək-damar xəstəlikləri və bəzi xərçəng növləri riskinin artması ilə əlaqələndirir.

“Əgər qrildə bişirirsinizsə, ətin yanmasına imkan verməyin və temperaturu aşağı salın”, – deyə həkim məsləhət görür.

Basmanın sözlərinə görə, limon şirəsi və ya sirkə əsaslı turş marinadlar istiliklə bişirmə zamanı zərərli maddələrin yaranmasını azaltmağa kömək edə bilər.

Dəniz

Reklam