Saçda kəpəyə son qoyan təbii vasitələr

Saçda kəpəyə son qoyan təbii vasitələr

Sağlamlıq 27.11.2025 19:58 25

Saç dərimizdə yaranan bəzi problemlər dərinin qoparaq tökülməsinə və kəpək əmələ gəlməsinə səbəb olur. Kəpəkdən xilas olmaq üçün istifadə olunan dermatoloji məhsullar nəticə vermirsə, o zaman bir sıra təbii üsullardan yararlana bilərsiniz.

Az24.az xəbər verir ki, saç kəpəklənməsi stres, depressiya, uyğun olmayan şampun və saç kremi istifadəsi, saçların yetərincə qidalanmaması kimi səbəblərlə yarana bilər. Saç dərisində qabıq şəklində tökülmə ilə özünü göstərən bu vəziyyəti aradan qaldırmaq üçün istifadə edilən kimyəvi məhsullar çox vaxt kifayət etmir.

Bu zaman sağlam saç baxımı üçün təbii üsullar köməyə gəlir. Kəpəklənmədən xilas olmaq istəyənlər üçün demək olar ki, möcüzə təsiri yaradan bu təbii metodlar sayəsində problemi qısa zamanda azaltmaq mümkündür.

Kəpəkdən qurtulmağın əsas sayılan təbii üsulları bunlardır:

Aloe vera

Aloe vera sakitləşdirici və iltihabəleyhinə xüsusiyyətləri ilə qaşıntı və qıcıqlanmanı azaldır. Təbii gelini saç dərisinə sürtüb 20–30 dəqiqə saxlayaraq tətbiq edə bilərsiniz. Mütəmadi istifadə kəpək əmələ gəlməsini azaldır və saç dərisinin nəm balansını qoruyur.

Çay ağacı yağı

Antifungal xüsusiyyətlərə malikdir və kəpəyə səbəb olan mikroorqanizmlərlə mübarizə aparır. Şampuna 2–3 damla əlavə edərək və ya daşıyıcı yağla qarışdırıb saç dərisinə sürtərək istifadə olunur. Bir neçə tətbiqdən sonra qaşıntı və qabıqlanmanın azaldığı görünür.

Kakos yağı

Həm nəmləndirir, həm də quruluğu azaldaraq kəpəyin qarşısını alır. İlıq yağı saç dərisinə masajla çəkib 30–40 dəqiqə saxlayın. Davamlı istifadə dərini yumşaldır və qabıqlanmanı nəzərəçarpacaq dərəcədə azaldır.

Alma sirkəsi

Alma sirkəsi saç dərisinin pH balansını tənzimləyərək göbələk mənşəli kəpəyin azalmasına kömək edir. Bir stəkan suya 1–2 xörək qaşığı sirke əlavə edib saç dərisinə çəkə bilərsiniz. 10 dəqiqə gözlədikdən sonra durulayın. Mütəmadi istifadə saç dərisini rahatladır.

Reklam