Sabirabadda qardaş bacısını öldürdü

Sabirabadda qardaş bacısını öldürdü

Hadisə 14.11.2025 12:54 3

Sabirabadda qətl törədilib.

A24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, rayonun Qardaşkənd kəndində kənd sakini 1983-cü il təvəllüdlü Ülviyyə Məmmədovaya ov tüfəngindən atəş açılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qətli törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1986-cı il təvəllüdlü Murtuz Xudaverdi oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayətin aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Reklam