Sabirabadda minifutbol turniri keçirilib
Sabirabad rayonunda Mil-Muğan Regional Gənclər və İdman İdarəsi və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş minifutbol turniri keçirilmişdir. Turnir kollecin müxtəlif qrupları arasında təşkil olunaraq gənclərin idmana cəlb olunması, sağlam həyat tərzinin təşviqi və komanda ruhunun gücləndirilməsi məqsədi daşıyıb.
Mil-Muğan Regional Gənclər və İdman İdarəsindən AZ24.az-a verilən məlumata görə, yarış çərçivəsində komandalar arasında sağlam rəqabət şəraiti yaranmış, iştirakçıların fiziki hazırlıq səviyyəsi, komanda daxilində əməkdaşlıq bacarıqları və məsuliyyət hissi bir daha ön plana çıxmışdır. Turnirin keçirilməsi həmçinin kollecdə idman ənənələrinin gücləndirilməsinə və gənclərin futbola marağının daha da artırılmasına şərait yaratmışdır.
Tədbirdə Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun müdiri Vüqar Kərimov və Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru Kamran Nəsirov iştirak edərək komanda üzvləri ilə görüşmüş, turnirin təşkilati əhəmiyyətini vurğulamış və iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar. Çıxışlarında qeyd olunmuşdur ki, gənclərin idmana yönləndirilməsi və onların sağlam həyat tərzinə marağının artırılması dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir.
Belə tədbirlərin davamlı şəkildə təşkil olunması gənclərin fiziki və sosial inkişafına, idmanın kütləviliyinin təmin olunmasına, eləcə də Konstitusiya və suverenlik dəyərlərinin gənclər arasında daha geniş şəkildə təbliğinə mühüm töhfə verir.
Sonda qaliblərə diplom və medallar təqdim olunub. Birinci yerin sahibi isə kubokla mükafatlandırılıb.

Reklam
Oxşar xəbərlər
Noyabr ayının sosial yardımları tam ödənildi
Bakıda xüsusi təyinatlı texnikalar hazır vəziyyətə gətirildi
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu ərazilərdə işıq olmayacaq
Bu şəxslərin maaşı 1971 manat oldu
Bu rayonlarda qaz kəsiləcək
Sabah bu rayonun qazı kəsiləcək
İşsizlərə ŞAD XƏBƏR: 16 manat ödəmək məcburi deyil