Sabiq nazirin qaynı Şahdağda xizəkdən yıxılaraq xəsarət aldı – FOTO
2024-cü ilin noyabrında əri, Qazaxıstanın sabiq iqtisadiyyat naziri tərəfindən qətlə yetirilən Səltənət Nukenovanın qardaşı Ayıtbek Amangeldi Yeni il bayramı zamanı Azərbaycanda – Şahdağ dağ-xizək kurortunda yıxılaraq xəsarət alıb.
Az24.az xəbər verir ki, bu barədə o, şəxsi Instagram hesabında yazıb.
Ayıtbek Amangeldinin sözlərinə görə, Yeni il ərəfəsində dostları ilə birlikdə Almaniya, Türkiyə və Qazaxıstandan Bakıya gəliblər. Məqsəd sevdikləri Zlata adlı yaxınlarını dəstəkləmək, ona ailə istiliyini və mənəvi dayaq hissini yaşatmaq olub. Bunun müqabilində Zlata onlar üçün Bakı və Şahdağda maraqlı proqram təşkil edib.
Amangeldi bildirib ki, Şahdağ yüksək səviyyəli xizək trasları olan kurortdur. O, daha əvvəl Şımbulakda, Borovoyda və digər xizək mərkəzlərində olsa da, adətən tamaşaçı kimi vaxt keçirib. Bu dəfə isə özünü sınamağa qərar verib.

“Bir qədər həddindən artıq özümə güvəndim və traslardan birində yıxıldım. Nəticədə ayağım iki yerdən sındı. Sürətlə enirdim, dayana bilmədim və aşaraq yerə sərildim. Kəskin ağrı hiss etdim, gözümü açanda xizəklər və çubuqlar ətrafıma səpələnmişdi. Bir dəqiqə keçməmiş iki xizək-xilasedici yanıma çatdı”, – deyə o yazıb.
Onun sözlərinə görə, əvvəlcə bunun sadə bir zədə olduğunu düşünüb və xizəklə enişi davam etdirmək istəyib. Lakin xilasedicilər onu razı salaraq travmatoloji məntəqəyə aparıblar. Rentgen müayinəsindən sonra yaxınlıqdakı xəstəxanaya göndərilib və həkimlər əməliyyatın vacib olduğunu bildiriblər.
Hazırda vəziyyətinin nisbətən yaxşı olduğunu deyən Amangeldi bir neçə günə Astanaya qayıdacağını və əməliyyatın orada aparılacağını qeyd edib.
Xatırladaq ki, 2023-cü il noyabrın 9-na keçən gecə Astanada 31 yaşlı Səltənət Nukenova amansızcasına qətlə yetirilib. Qazaxıstanın keçmiş milli iqtisadiyyat naziri, ölkənin birinci prezidenti Nursultan Nazarbayevin sabiq müşaviri, 44 yaşlı Kuandık Bişimbayev spirtli içki təsiri altında restoranın VIP zonasındaykən həyat yoldaşını döyərək öldürüb. Daha sonra cəsədi iki yorğana bükərək guya yatmış kimi göstərib və qardaşına müşahidə kameralarının görüntülərini silməyi tapşırıb. Məhkəmədə isə Nukenovanın guya özünü yerə və unitaza vurduğunu iddia edib. Yalnız məhkəmə prosesi zamanı məlum olub ki, Bişimbayev təxminən bir il ərzində həyat yoldaşını sistemli şəkildə döyürmüş. (bizim.media)

Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO