Sabiq nazirin dövlətə borcu 5 dəfə artdı
Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu son iki ayda 5 dəfə artıb.
Az24.az İqtisadiyyat.az istinadən xəbər verir ki, oktyabrdan bəri özəl təhsil müəssisəsinin dövlətə borcu 80 min manatdan çox artıb.
Belə ki, cari ilin oktyabr ayında universitetin düşdüyü borcun miqdarı 17 791.13 manat təşkil edib.
Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, hazırda ali məktəbin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə olan borcunun miqdarı 98 240.52 manata yüksəlib.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur.
Reklam
Oxşar xəbərlər
Gələn ildən təqaüdlər nə qədər artacaq? – MÜHÜM AÇIQLAMA
Məktəblilər arasında “snus” təhlükəsi – Valideynlərin DİQQƏTİNƏ
Bu şadlıq evində müştərilərə camış əti verilirmiş – FOTO
Onlara Yeni ilə görə 1000 manat veriləcək
Məhkəmə Gültəkin Hacıbəyli ilə bağlı qərar verdi
Məcburi köçkünlər üçün daha 15 bina tikiləcək – Bu şəhərdə