Bu rayonlara qar yağacaq – Sabahın HAVASI
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütununu 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Gecə bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.
Reklam
Oxşar xəbərlər
Elektron siqaret qadağası: Yeni tarix açıqlandı
Prezident bu şəxsləri təltif etdi
Prezident sərəncam imzaladı
Azərbaycanda minimum maaş 1000 manat ola bilər – Bu tarixdə
Paytaxda bu yollar bağlanacaq
AZAL faciəsi süni intellektlə canlandırıldı – VİDEO
Yeni ili ən birinci bu ölkə qarşılayacaq
Külək, yağış… – FAKTİKİ HAVA