Sabah yağışlı, çiskinli hava olacaq
Noyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Az24.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər bəzi şəhərətrafı ərazilərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 7-10, gündüz 14-17 dərəcə isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 65-70% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şərq rayonlarda çiskinli yağış yağacağı, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9, gündüz 13-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti olacaq.
Reklam
Oxşar xəbərlər
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq
Samur-Abşeron kanalının bərpası BU TARİXDƏ yekunlaşacaq
Bakıda və Abşeronda bir sıra evlər və binalar məcburi köçürüləcək