Sabah hava necə olacaq?
Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Az24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 16-19, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq.
Reklam
Oxşar xəbərlər
Penitensiar Xidmətin şöbə rəisi işdən qovuldu
ATV-yə XƏBƏRDARLIQ EDİLDİ
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası