Sabah çiskinli, küləkli hava olacaq
Sabahın hava proqnozu açıqlanıb.
Az24.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava sabah əsasən yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə gün ərzində dəyişkən buludlu hava müşahidə olunacaq, gecə və səhər isə bəzi ərazilərdə çiskin ehtimalı var. Şimal-qərb küləyi axşam saatlarında ayrı-ayrı yerlərdə güclənə bilər.
Paytaxtda temperaturun gecə 9-13 dərəcə, gündüz 15-18 dərəcə arasında dəyişəcəyi bildirilib. Atmosfer təzyiqi 762 millimetrdən 766 millimetrə yüksələcək, rütubət 70-80 faiz təşkil edəcək.
Regionlarda əsasən dağlıq və dağətəyi ərazilərdə fasilələrlə yağıntı gözlənilir. Dağlarda qar ehtimalı var. Bəzi yerlərdə duman müşahidə olunacaq, külək qərbdən olacaq.
Rayonlarda gecə 1-5 dərəcə, gündüz 12-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə temperatur gecə 0-5 dərəcə şaxta, gündüz isə 1-6 dərəcə təşkil edəcək.
Reklam
Oxşar xəbərlər
Bakıda məşhur lisey rus bölməsinə qəbulu dayandırır
Bakıda məşhur restoranlar şəbəkəsi bağlandı
Bu su sayğacları DƏYİŞDİRİLƏCƏK
15 manat üzvlük haqqını ödəməyən şair və yazıçılar – SİYAHI
Baş nazir qərar imzaladı
Sabah bu ərazilərdə qaz olmayacaq