Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq

Sosial 19.11.2025 15:29 40

Sabah Biləsuvar rayonunun 3 kəndində qaz təchizatının müvəqqəti dayandırılması planlaşdırılır.

Az24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb

Bildirilib ki, qaz təchizatının dayandırılmasına səbəb rayonun Dərvişli kəndində yerləşən tam orta məktəbin təbii qazla təmin edilməsidir.

Aparılacaq təmir işlər səbəbindən saat 09:30-dan etibarən, işlər tamamlananadək Amankənd, Dərvişli və Aşağı Cürəli kəndləri üzrə ümumilikdə 1600 abonentin qaz təchizatının müvəqqəti olaraq dayandırılacaq.

Reklam