Sabah bu ərazidə qaz olmayacaq

Sabah bu ərazidə qaz olmayacaq

Sosial 09.01.2026 14:36 10

Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.

Az24.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.

Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.

Reklam