Saakaşvili Ukraynaya ekstradisiya olunacaq? – Baş nazirdən AÇIQLAMA
Gürcüstan hökuməti hazırda həbsdə olan sabiq prezident Mixail Saakaşvilinin Ukraynaya ekstradisiya olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Az24.az xəbər verir ki, Baş nazir İrakli Kobaxidze Saakaşvilinin Ukraynaya göndərilməsinin mümkün olmadığını açıqlayıb. O qeyd edib ki, eks-prezident heç bir halda vətəndaşı olduğu Ukraynaya verilməyəcək.
Baş nazir bu fikirləri Ukrayna Prezident Administrasiyasının müşaviri Mixail Podolyakın “TV Pirveli”yə müsahibəsində səsləndirdiyi açıqlamaya cavab olaraq deyib. Podolyak bildirmişdi ki, Kiyev rəsmən Tbilisiyə müraciət edib və Saakaşvilinin müalicə məqsədilə ya Ukraynaya, ya da üçüncü ölkəyə aparılmasını xahiş edib.
Qeyd edək ki, 57 yaşlı Mixail Saakaşvili 2021-ci ilin oktyabrında gizli şəkildə qayıtdığı Tbilisidə saxlanılmışdı. O, Gürcüstanda beş cinayət işi üzrə ittiham olunur və iki ittiham üzrə artıq 6 il həbs cəzası alıb. Bu ilin martında isə dövlət vəsaitlərinin mənimsənilməsi epizodu ilə bağlı ona əlavə 9 il azadlıqdan məhrumetmə cəzası verilib.
Hazırda məhkəmələrdə Saakaşviliyə qarşı daha iki iş — 2007-ci il etiraz aksiyasının dağıdılması və sərhədi qanunsuz keçmə məsələləri üzrə proses davam edir.
Reklam
Oxşar xəbərlər
SENSASİON İDDİA: İmran Xan həbsxanada öldü
Türkiyədə gündəm olan ailə zəhərlənməyibmiş – Ölüm səbəbi açıqlandı
Sülh razılaşması üzrə irəliləyiş əldə olunub – Ağ Ev
İran parlamentindən gülünc doğuran FOTOLAR – Deputatlar belə işləyir
Bu geyimləri uşaqlarınıza ALMAYIN! – Valideynlərə XƏBƏRDARLIQ
İran dünyanı belə aldatdı: Sərgidəki robotlar insan çıxdı – VİDEO
İmamoğlunu 2352 ilə qədər həbs gözləyir