Rza Pəhləvidən orduya ÇAĞIRIŞ: Rejimə qarşı qalxın!

Rza Pəhləvidən orduya ÇAĞIRIŞ: Rejimə qarşı qalxın!

Dünya 14.01.2026 10:30 5

İran şahının ABŞ-da yaşayan oğlu Rza Pəhləvi İran xalqına və xüsusilə orduya növbəti sərt müraciət edib.

Az24.az xəbər verir ki, Rza Pəhləvi sosial şəbəkə hesabında yaydığı açıqlamada İranda davam edən etirazlara toxunaraq bildirib ki, artıq dünya İran xalqının səsini eşidib və hərəkətə keçib.

“ABŞ Prezidentinin mesajını yəqin ki, eşitmisiniz. Kömək yoldadır.

İndiyə qədər etdiyiniz kimi mübarizəni davam etdirin. Bu rejimə həyatın normal olduğu illüziyası yaratmağa imkan verməyin.

Bütün qırğınlardan sonra bu rejimlə aramızda qan dənizi var. Bütün bu cinayətkarların adlarını qoruyun. Onlar etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunacaqlar. Amma Ordu üzvlərinə də xüsusi mesajım var.

Siz İranın milli hərbiçisisiz, İslam Respublikasının hərbiçisi yox. Sizin öz soydaşlarınızın həyatını qorumaq borcunuz var. Çox vaxtınız yoxdur. Mümkün qədər tez onlara qoşulun”. (modern.az)

Reklam