Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək

Rusiyanın hücumuna görə BMT TŞ-nin fövqəladə iclası keçiriləcək

Dünya 11.01.2026 10:23 13

BMT Təhlükəsizlik Şurası Rusiyanın Ukraynaya qarşı həyata keçirdiyi son hərbi hücumlarla bağlı fövqəladə iclas keçirməyə hazırlaşır.

Az24.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib.

Nazir bildirib ki, iclasın əsas məqsədi beynəlxalq ictimaiyyətin birliyini nümayiş etdirmək, Rusiyanın təcavüzkar addımlarının dayandırılmasını tələb etmək, mülki əhalinin qorunmasını ön plana çıxarmaq və Ukraynanın suverenliyinə dəstəyin davam etdiyini açıq şəkildə göstərməkdir.

Andrey Sibiqa Təhlükəsizlik Şurasının iclasının yanvar ayının 12-də keçiriləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, yanvar ayının 8-dən 9-a keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Lvov şəhərini ballistik raketlərlə hədəfə alıb. Hücum nəticəsində mülki obyektlərə ziyan dəydiyi bildirilir. Hadisə beynəlxalq aləmdə ciddi narahatlıq doğurub və BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılması zəruri hesab edilib.

Dəniz

Reklam