Rusiya qoşunları bu ölkəyə də daxil oldu
Mərkəzi Afrika Respublikasının ərazisində yerləşən Rusiya hərbi qüvvələri Sudan ərazisinə daxil olaraq, Kərkər qəsəbəsinə qədər irəliləyiblər.
AZ24.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sudanın Mərkəzi Afrika Respublikası ilə sərhədində yerləşən Um Dafuq şəhərinin rəsmisi bildirib.
Kərkər qəsəbəsi Cənubi Darfur əyalətinin Um Dafuq şəhərindən təxminən 55 kilometr cənubda yerləşir, iki ölkə arasında sərhəd ticarətinin həyata keçirildiyi əsas məntəqələrdən biri hesab olunur.
Sudan KİV-in yazdığına görə, irəliləyən Rusiya qüvvələri bölgədəki polis və Sürətli Dəstək Qüvvələrinə (RSF) bağlı şəxsi heyəti ərazidən çıxarıb:
“Bu isə regionda yeni təhlükəsizlik reallığının formalaşmasına səbəb olub və RSF-in Mərkəzi Afrika Respublikasındakı tərəflərlə əvvəllər əldə etdiyi təhlükəsizlik razılaşmalarını faktiki olaraq ləğv edib. Bu inkişaf sərhəd zolağında gərginliyin artması və bitişik ərazilərdə hərbi təsir zonalarının bir-birinə qarışması fonunda baş verir ki, bu da Darfur, eləcə də Mərkəzi Afrika Respublikası ilə sərhədyanı ərazilərdə mümkün təhlükəsizlik və siyasi nəticələrlə bağlı artan narahatlıqlara yol açır”.
Qeyd olunur ki, Rusiya qüvvələri Mərkəzi Afrika Respublikasının Sudanla sərhədə yaxın strateji bölgələrində yerləşir. Bu hərbi mövcudluğun əsas mərkəzi isə Sudan və Çadla sərhəddə yerləşən üçbucağa yaxın, Mərkəzi Afrika Respublikasının şimal-şərqinin ucqarında yerləşən Birao şəhəridir.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO