Rusiya ilə Polşa arasında diplomatik QALMAQAL
Rusiya Xarici İşlər Nazirliyi İrkutskda fəaliyyət göstərən Polşa konsulluğunun icazəsini ləğv etdiyini açıqlayıb.
Az24.az xəbər verir ki, bu addım Polşanın Qdanskdakı Rusiya konsulluğunu bağlamasına qarşı “tam qarşılıqlılıq prinsipi” əsasında atılıb.
Moskva Polşa səfiri Kşiştof Krayevskini nazirliyə çağıraraq ona rəsmi nota təqdim edib. Açıqlamada Qdansk konsulluğunun “əsassız səbəblər və qeyri-dost addımlar” fonunda bağlandığı vurğulanıb.
Rusiya tərəfi bildirir ki, bu qərar nəticəsində ölkə ərazisindəki son Polşa konsulluğu da fəaliyyətini dayandıracaq. Varşava isə Qdanskdakı Rusiya konsulluğunu 19 noyabrda ölkədəki dəmir yolu təxribatı ilə bağlı atılmış cavab addımı kimi bağlamışdı.
Kremlin nümayəndəsi Dmitri Peskov Polşanın qərarını kəskin tənqid edərək bunun iki ölkə arasında diplomatik əlaqələri daha da gərginləşdirdiyini deyib. (musavat.com)
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO