Roza Arazova vəfat etdi – FOTO

Roza Arazova vəfat etdi – FOTO

Cəmiyyət 31.12.2025 09:52 51

Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri Roza Binnət qızı Arazova vəfat edib.

AZ24.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

Qeyd edək ki, R.Arazova 1995-ci ildən Tarix və arxeologiya departamentinin müdiri, 1999-cu ildən isə “Azərbaycan arxeologiyası” jurnalının baş redaktor müavini vəzifəsində çalışıb.

Reklam