Ronaldo Trampla görüşəcək

Ronaldo Trampla görüşəcək

Dünya 18.11.2025 15:02 19

Beşqat “Qızıl top” sahibi portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldo noyabrın 18-də ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Az24.az xəbər verir ki, xəbəri “Mundo Deportivo” yayıb.

Nəşrin yazdığına əsasən, Ronaldo uzun müddətdir ABŞ-ın 47-ci prezidenti ilə görüşmək istəyirdi.

Qeyd edək ki, Kriştiano Ronaldo 2017-ci ildə amerikalı Ketrin Mayorqanın ona qarşı irəli sürdüyü zorlamada ittihamından sonra ABŞ-a səfər etmirdi. 2019-cu ildə prokurorluq iddiaları əsassız hesab edib. 2023-cü ildə isə Ronaldoya qarşı açılan ikinci iddiada da futbolçu tam bəraət alıb.

Reklam