Restoran rəhbərliyi iddialara cavab verdi: “Araşdırma aparılacaq”
Xəbər verdiyimiz kimi, Yasamalda 3 nəfərin həlak olduğu yanğına görə sakinlər “LOFT” restoranını ittiham edirlər.
Az24.az xəbər verir ki, milli.az məsələ ilə bağlı restoranla əlaqə saxlayıb.
“LOFT” restoranının rəhbərliyi Yasamal rayonunda baş verən yanğınla bağlı ittihamları rədd edib.
Bildirilib ki, yanğın restoranın daxilində deyil, binada baş verib:
“Əgər yanğın restoranda baş versəydi, obyektin hər hansısa hissəsi zərər görə bilərdi. Amma restoran heç bir ziyan çəkməyib. Üstəlik, restoranın üzərində yerləşən stomatoloji mərkəzə də heç bir zərər dəyməyib. İddiaları qəbul etmirik. Dövlətimiz var, araşdırma aparılacaq və hər şey aydın olacaq”.
Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə nəticəsində 3 nəfər həlak olub, tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunan 27 nəfərdən 20-nə (13-ü kişi, 7-si qadın) zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
Hazırda 7 nəfərin (5-i qadın, 2-si kişi) müalicəsi Toksikologiya şöbəsində davam etdirilir. Onlardan 6 nəfərin vəziyyəti orta ağır, 1 nəfər azyaşlının vəziyyəti isə ağır olaraq qiymətləndirilir.
Reklam
Oxşar xəbərlər
Sulu qar, qar yağacaq – Sabahın havası
Bu ərazi PLANA DÜŞDÜ – Yüksək məbləğdə kompensasiya ödəniləcək
Ağadadaş Ağayev amnistiyaya düşdü
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…