Rəqsanənin qızı Fazilin soyadından imtina edib? – FOTO

Rəqsanənin qızı Fazilin soyadından imtina edib? – FOTO

Şou 22.11.2025 14:30 21

Müğənni Rəqsanə İsmayılova ilə Fazil Əmiraslanovun ayrılıq xəbərindən sonra daha bir məqam diqqət çəkib.

Az24.az xəbər verir ki, Rəqsanənin kiçik qızı Yağmur artıq Əmiraslanov soyadından istifadə etmir.

Belə ki, Yağmur sosial media hesablarında soyadını “İsmayılova” kimi qeyd edib. İllər öncə Rəqsanə iki qızının da F. Əmiraslanovun soyadını daşıdığını açıqlamışdı.

Qeyd edək ki, manset.az-ın yaydığı məlumata görə, Fazillə Rəqsanənin ayrıldığı iddia olunub. Buna səbəb kimi isə F. Əmiraslanovun xanımı həbsdə olduğu müddətdə onun borclarının ödənilməsinə kömək etmədiyi və dəstək olmadığı göstərilib. (milli.az)

 

 

 

 

Reklam