Rəqsanə əri ilə birgə çəkildiyi klipdən kadrlar paylaşdı – VİDEO

Rəqsanə əri ilə birgə çəkildiyi klipdən kadrlar paylaşdı – VİDEO

Şou 29.11.2025 12:07 134

Bir müddət öncə həbsdən ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova sosial şəbəkə hesabında yeni klipindən görüntülər paylaşıb.

Az24.az xəbər verir ki, “Elə darıxmışam ki” adlı mahnıya çəkdirdiyi klipdə əri Fazil Əmiraslanov pilot obrazındadır.

Klipin nə vaxt yayımlanacağı bəlli deyil.

Qeyd edək ki, müğənni vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Bu ilin avqustunda məhkəmə 4 aylıq həbs qərarı çıxarmışdı. Rəqsanə İsmayılova dünən məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.

Reklam