Rəqsanə ev dustaqlığına buraxıldı – (YENİLƏNDİ)
Həbsdə olan müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Az24.az APA-ya istinadla xəbər verir ki, bu gün Sabunçu rayon Məhkəməsində bununla bağlı təqdim olunan vəsatətə baxılıb.
Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə qərar verib.
APA-nın əldə etdiyi məlumata görə, dəymiş zərərin müəyyən hissəsinin ödənməsi və zərərçəkmişlərlə təqsirləndirilən R.İsmayılova arasında olan qarşılıqlı razılığa əsasən onun barəsində tətbiq edilmiş həbs qətimkan tədbiri məhkəmə tərəfindən ev dustaqlığı ilə əvəz olunub.
Cinayət işi üzrə polis tərəfindən istintaq tədbirləri davam etdirilir.
***
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə xəbər yayılıb.
Az24.az xəbər verir ki, Lent.az müğənninin vəkili ilə əlaqə saxlayıb.
Vəkil bildirib ki, hələlik bu barədə məhkəmə qərarı yoxdur.
Hazırda Sabunçu rayon Məhkəməsində Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə vəsatətə baxılır.
***
Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.
Az24.az xəbər verir ki, bu barədə tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) paylaşım edib.
Qeyd edək ki, müğənni vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunurdu. Bu ilin avqustunda məhkəmə 4 aylıq həbs qərarı çıxarmışdı.
Reklam
Oxşar xəbərlər
Bu yolda yeni radar quraşdırıldı – VİDEO
General məhkəməyə gələcək – Proses mediaya qapadıldı
Günay Ağamalının qızının ŞOK GÖRÜNTÜLƏRİ – VİDEO
Heyvan bazarları nə vaxt açılacaq?
Yağış, çiskin, duman – Sabahın havası
Bu xəstəxana yeni adla fəaliyyət göstərir