Regionda hava dəyişir: Qar yağacaq – Tarix AÇIQLANDI
Türkiyədə yaxın günlərdə temperatur kəskin enəcək.
AZ24.az globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, bir həftədən sonra İstanbul başda olmaqla bir çox bölgəyə qar yağması ehtimalı var.
“Xüsusilə yanvar və fevral aylarında soyuqlar daha çox hiss olunacaq”, – deyə bildirilib.
Meteoroloq Dr. Güven Özdemirin sözlərinə görə, bu il atmosfer daha həssasdır və hava hadisələrinə tez reaksiya verir:
“Şimal enliklərindən artan soyuq dalğalarla bir neçə gün ərzində temperaturun kəskin dəyişməsi baş verə bilər. Bu qeyri-sabit atmosfer mənzərəsi qarşıdan gələn qışın xarakterini formalaşdıracaq”.
Qeyd edək ki, bundan əvvəl Moskvada da oxşar proqnoz verilib. Həmçinin Bakıda qarlı havalarla bağlı hazırlıqlar başlayıb.
Belə ki, Bakı Şəhər İcra Hakimiyyətinin tapşırıqlara uyğun olaraq şəhərin rayonlarında kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir. Məqsəd rayon xidmətlərinin soyuq qışa, xüsusilə güclü qar yağmasına hazırlığın vəziyyətinin araşdırılması, bu zaman görülməsi zəruri olan işlər müzakirəsidir.
Reklam
Oxşar xəbərlər
Qalmaqal yaradan YAZIŞMALAR: Epşteyn şahzadəyə nə təklif edib?
“Özümü əla hiss edirəm” – Tramp
Hücum edərlərsə, İsraili vurarıq – İran ABŞ-ı HƏDƏLƏDİ
Epşteynin yanından ayrılmayan sirli qadın kimdir? – FOTOLAR
Maskın sərvəti açıqlandı – Dünyada birinci oldu
Bu disklərin içindəkilər paylaşılanda QİYAMƏT QOPACAQ
Kral ailəsində Epşteyn zəlzələsi – Saraydan qovdular
ABŞ İranın tələbini qəbul etdi – Görüşlər bu ölkədə olacaq