Leysan, qar, sulu qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Az24.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, havanın temperaturu gecə 9-13° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-70% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Reklam
Oxşar xəbərlər
Bakıda bu tarixdə əsl qış şaxtası olacaq: – 4 dərəcə şaxta
Azərbaycanda zəlzələ oldu
İcra başçısına ağır itki – FOTO
Yas məclisləri ilə bağlı QƏRAR – Bütün ölkə üzrə…
56 ilin ən şiddətli qarı yağdı
Sabahdan bu rayona qatarla gedə biləcəyik
Azərbaycanda bu avtomobillər 3 min manat bahalaşdı – VİDEO
Azərbaycanlı müğənni azadlığa buraxıldı – FOTO